Şriftin ölçüsü :

Saytın rəngi :

Gülnarə Şəmmədovadan, Bakı şəhəri Binəqədi rayonu, 29 sentyabr 2020-ci il

Cənab Prezidentimiz İlham Əliyev
 
Əvvəla, hər zaman xalqımızın yanında olduğunuz üçün Sizə sonsuz dərin təşəkkürümü bildirirəm. Bu gün isə Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığınız üçün Sizə minnətdaram. Artıq üç gündür ki, böyük addımlarla zəfərə doğru gedirik. Əminik ki, Azərbaycan Ordusu daha da irəli gedəcək. Çünki artıq gücümüzlə dünyaya səs salmışıq. İnşallah, Qələbə bizimdir, Qarabağ bizimdir.
 
Allahdan Sizə səbir, dözüm, daha təmkinli olmağı diləyirəm. Bütün Azərbaycan xalqına, xüsusən də bu gün səngərdə vuruşan igidlərimizə Ulu Tanrıdan cansağlığı, möhkəm olmağı, içlərindəki Vətən sevgisinin daha da artmasını diləyirəm.
 
Cənab Prezident, biz Sizinləyik. Hər bir vətəndaş əmindir ki, bizim zəfərə sayılı günlərimiz qalıb. Çünki bizim güclü ordumuz, qorxmaz millətimiz var. Qarabağ Azərbaycandır, Qarabağ bizimdir!
 
Hörmətlə,
Şəmmədova Gülnarə Qədir qızı.
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər