Şriftin ölçüsü :

Saytın rəngi :

Səidə Əhmədovadan, Bakı şəhəri Binəqədi rayonu, 28 sentyabr 2020-ci il

Hörmətli cənab Prezident
 
Siz uzun illər regionda sülhün bərqərar olması üçün çox çalışdınız. Lakin mənfur qonşular sülh çağırışlarına nəinki səs verdilər, hətta yeni təxribatlara əl atdılar.
 
Vətənin müdafiəsi naminə başladığınız haqq işimizdə qazanacağımız qələbə həm də regionun inkişafına xidmət edəcək.
 
Doğma yurdlarından didərgin düşmüş insanlar həyata keçirdiyiniz əks-hücum əməliyyatının uğurla başa çatacağına əmindirlər və qələbə xəbərlərini səbirsizliklə gözləyirik.
 
Çalışdığım məktəbin kollektivi adından başladığınız haqq işinə görə minnətdarlıq edirəm. Uğurlarımız davamlı olsun.
 
Hörmətlə,
Əhmədova Səidə Ələskər qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər