Şriftin ölçüsü :

Saytın rəngi :

Tural İsmayılovdan, Bakı şəhəri Binəqədi rayonu, 28 sentyabr 2020-ci il

Cənab Ali Baş Komandan
 
Mən Sizi və Azərbaycan xalqını Vətənimizin azadlığı uğrunda qazanılan zəfər münasibətilə təbrik edirəm.
 
Xalq bu günü səbirsizliklə gözləyir, hər zaman Sizin rəhbərliyinizlə qələbə sevincini yaşayacağımıza inanırdı.
 
Siz şəhidlərimizin qanını yerdə qoymadınız. Şərəfli mübarizənizdə xalqımız sonadək Sizin yanınızdadır. Vətəni qoruyan hər bir döyüşçü Sizin qardaşınız, Sizin oğlunuzdur.
 
Cənab Prezident, Sizinlə fəxr edir, qürur duyuram. Allah Sizi və ön cəbhədə döyüşən əsgər və zabitlərimizi qorusun.
 
Hörmətlə,
İsmayılov Tural Eldar oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər