Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Muradovdan, Bakı şəhəri Binəqədi rayonu, 28 sentyabr 2020-ci il

Əziz və möhtərəm Prezident
 
Bu il avqustun 8-də atamı, Şahbaz Musa oğlu Muradovu 80 illik yubileyi ilə əlaqədar Azərbaycan elmində səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif etdiniz. Sentyabrın 24-də isə Sizin sərəncamınızla mən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibəti ilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərimə görə "Tərəqqi" medalı ilə təltif olundum. Otuz illik əmək fəaliyyətimə verdiyiniz bu yüksək qiymətdən qürur duyur və gələcəkdə də xalqıma sədaqətlə xidmət edəcəyimə söz verirəm.
 
İcazə verin Sizə ailəmin, övladlarımın, dostlarımın və qohumlarımın adından dərin təşəkkürümü bildirim, Sizə və ailənizə cansağlığı, ağır və çox məsuliyyətli işinizdə yeni uğurlar arzulayım.
 
Allah Sizi qorusun. Amin.
 
Hörmətlə,
Muradov Rəşad Şahbaz oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər