Şriftin ölçüsü :

Saytın rəngi :

Aynur Cəfiyevadan, Bakı şəhəri Binəqədi rayonu, 28 sentyabr 2020-ci il

Aynur Cəfiyevadan, Bakı, Azərbaycan

Hörmətli Prezidentimiz
 
Azərbaycan-Ermənistan təmas xəttində baş verən erməni təxribatına ordumuzun adekvat cavab verməsi hər bir gənc kimi, məni də qürurlandırdı. Şanlı ordumuz ağır döyüşlər nəticəsində düşmənin hərbi texnika və canlı qüvvəsini məhv etdi, hərbi mövqelərinə sarsıdıcı zərbələr endirdi, şəhidlərimizin qanını yerdə qoymadı. Məqsədyönlü siyasətiniz, xalqın rifahının yaxşılaşması üçün atdığınız qətiyyətli addımlar, potensiallı gənclərə göstərdiyiniz diqqət və qayğı danılmaz həqiqətdir. Ali Baş Komandan missiyanızın layiqli təcəssümü Azərbaycan Respublikasının Milli Ordusunun qüdrətində əks olunur. Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
 
Hörmətlə,
Cəfiyeva Aynur Elşən qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər