Şriftin ölçüsü :

Saytın rəngi :

Aslan Mehdiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 27 sentyabr 2020-ci il

Aslan Mehdiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident
 
Son günlərdə cəbhə xəttində yaranan gərginliyə cavab olaraq, Sizin rəhbərliyinizlə ordumuzun düşmənə layiqli cavab verməsi, uzun müddətdən bəri ilk dəfə önəmli yüksəkliklərin, işğal altında olan kəndlərimizin qaytarılması hər bir Azərbaycan vətəndaşında sonsuz sevinc və qürur hissi oyadıb.
 
Hörmətli cənab Prezident, bugünkü uğura, cəbhə xəttindən gələn şad xəbərlərə görə Sizə dərin minnətdarlığımı bildirməkdən şərəf duyuram. Var olun. Biz hər zaman Sizin yanınızdayıq. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Ordusu.
 
Hörmətlə,
Aslan Mehdiyev
Qarabağ müharibəsi veteranı, əmək veteranı, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər