Şriftin ölçüsü :

Saytın rəngi :

Vüqar Bağırovdan, Bakı şəhəri Binəqədi rayonu, 27 sentyabr 2020-ci il

Vüqar Bağırovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident
 
Mən Bağırov Vüqar İlqar oğlu 2016-ci il Aprel döyüşçüsüyəm. Hərbi xidmətimi 2017-ci ildə başa vurmuşam. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Bu döyüşlər nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır. Mən Sizə söz verirəm ki, bir Azərbaycan əsgəri olaraq, Vətənə ləyaqətlə xidmət edəcəyəm.
 
Möhtərəm Prezidentimiz, biz Sizin əmrinizi gözləyirik. Vətən yolunda canımdan keçməyə hazıram. Canım bahasına da olsa, Qarabağı işğaldan azad etməyə hazıram. Yetər ki, Vətən sağ olsun. Siz ordumuza ruh yüksəkliyi verirsiz. Sizinlə fəxr edirəm.
 
Hörmətlə,
Bağırov Vüqar İlqar oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Keçidlər