Şriftin ölçüsü :

Saytın rəngi :

Yeganə Nadirovadan, Bakı şəhəri Binəqədi rayonu, 24 avqust 2020-ci il

Yeganə Nadirovadan, Bakı, Azərbaycan

Hörmətli və əziz Prezidentimiz

Mənim Abşeron rayonunun Mehdiabad qəsəbəsində əkin sahəm var. Ailəmizin dolanışığı oradan çıxır. Həmin sahənin suvarılmasında yaranmış problemlə əlaqədar Sizə müraciət etmişdim. Müraciətimə baxıldığı və problemim tezliklə həll olundu. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hazırda əkin sahəmizi vaxtında suvara bilirik və buna çox sevinirik. Allah hər zaman Sizi sevindirsin, əziz Prezidentimiz. Bir vətəndaş olaraq çox şadam ki, hər zaman xalqını düşünən, onun yanında olan Sizin kimi dövlət başçımız var. Ömrünüz uzun olsun.

Hörmətlə,
Nadirova Yeganə Ağamirzə qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər