Şriftin ölçüsü :

Saytın rəngi :

Həqiqət Əhmədovadan, Bakı şəhəri Binəqədi rayonu, 22 avqust 2020-ci il

Həqiqət Əhmədovadan, Bakı, Azərbaycan

Əziz və sevimli Prezidentimiz

Biz, Çernobıl əlillərini daim diqqətdə saxladığınız üçün Sizdən çox razıyıq. Qəzanın bizə vurduğu ağrı-acıya baxmayaraq, bütün yaralarımıza daim məlhəm olmusunuz. Sizə və Mehriban xanıma daim minnətdarıq. Allah Sizi və sevdiklərinizi qorusun.

İşlərinizin çoxluğuna və çətinliyinə baxmayaraq, Siz əlilləri heç vaxt unutmursunuz, ağır pandemiya dövründə, eyni zamanda, erməni mənfurlarının sərhəddə yaratdıqları təxribatlara baxmayaraq, ehtiyac içində olan insanların yanında olursunuz.

Cənab Ali Baş Komandan, qüdrətiniz sarsılmaz olsun.

Çernobıl qəzasından çox illər keçməsinə baxmayaraq, Sizin sayənizdə avtomobillə təmin olunduq. Göstərdiyiniz qayğıya görə bütün ailəmizin adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,
Əhmədova Həqiqət Hüseyn qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.
Keçidlər