Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Bələdiyyələr Birliyi Məclisinin üzvü olan bələdiyyə sədrlərindən ibarət heyət Bakı şəhərinə səfər çərçivəsində Binəqədi rayonunda olmuşlar.

02 sentyabr 2021 | 11:00

02 sentyabr 2021-ci il tarixdə Türkiyə Bələdiyyələr Birliyi Məclisinin üzvü olan bələdiyyə sədrlərindən ibarət heyət Bakı şəhərinə səfər çərçivəsində Binəqədi rayonunda olmuşlar. Səfərin məqsədi Türkiyə və Azərbaycanın yerli özünüidarəetmə orqanları arasında əlaqələrin davamlılığını təmin etmək, indiki qardaşlaşmış şəhərlər əlaqələrini müzakirə etmək  və yeni əlaqələr qurmaqla bağlı olmuşdur.

Qonaqlar Binəqədi RİH-də Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tərəfindən qəbul edilmiş, qarşılıqlı münasibətlər və perspektivlər ətraflı müzakirə edilmişdir.

Qeyd edək ki, qonaqlar həmçinin Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri və rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri ilə birlikdə geniş formatlı görüşdə iştirak etmişlər. Görüş çərçivəsində Türkiyə bələdiyyələrinin büdcəsinin formalaşmasında rol oynayan gəlir sahələri, eyni zamanda, aidiyyatı ərazilər üzrə bələdiyyə xərcləri çərçivəsində görülmüş işlər barədə müzakirələr də aparılmış, gələcəkdə müvafiq təcrüblərin Azərbaycanda fəaliyyət göstərən bələdiyyə institutlarında da tətbiq edilməsi məqsədi ilə bir sıra layihələrin müzakirələr edilmişdir.

Məlumat üçün bildiririk ki, Binəqədi bələdiyyəsi ilə Ankaranın Keçiörən bələdiyyəsi 2003-cü ilin dekabr ayından qardaşlaşmış bələdiyyələrdir.

Keçidlər