Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon şəhidləri, hərbi qulluqçular Mustafayev Nicat Bakir oğlu və Bayramov Ruslan Telman oğlunun ailələri ziyarət edildi

17 mart 2021 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmış oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur, mütəmadi olaraq, rayonda yaşayan şəhid ailələri və müharibə iştirakçıları, qazilər ziyarət olunur, onlara xüsusi həssaslıqla yanaşılaraq, problemləri dinlənilir, həlli istiqamətində müvafiq tədbirlər görülür.

17 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, “Altes” şirkətlər qrupu və türk sahibkarlarının dəstəyi ilə Vətən Müharibəsi zamanı qəhrəmancasına ən ali zirvə - Şəhidlik zirvəsinə ucalan şəhidimiz - Vətən müharibəsinin qəhrəman hərbi qulluqçusu Mustafayev Nicat Bakir oğlu və Bayramov Ruslan Telman oğlunun ailələri ziyarət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışlar.

Keçidlər