Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü şəhidimiz Abbas Rza oğlu Qasımov!

17 mart 2021 | 11:00

Ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız daima səfərbər olmuş, Vətən, naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxmış və bu mübarizədə bir çox igid oğullarımız şəhid olmuşdur. Dövlətimiz və xalqımız bu igid oğul və qızlarımızın Vətən uğrundakı qəhrəmanlıqlarını hər zaman yüksək qiymətləndirmişdir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi əbədi qəlbimizdə qalacaq və heç vaxt unudulmayacaqdır. Bu gün Azərbaycanın qəhrəman oğullarından biri olan Qasımov Abbasın dünyaya göz açdığı gündür.

Cənnətdəki ilk doğum günün mübarək nur üzlü şəhidimiz!
Abbas Rza oğlu Qasımov 1986-ci il mart ayının 17-si Zəngibasar mahalının Masis rayonunda anadan olmuşdur. 1988-ci ildə erməni qəsbkarlarının Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları başlamış və bu proseslər də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir. Bu səbəbdən də Abbas da öz ailəsi ilə birlikdə Binəqədi rayonunda məskunlaşmışdır.

O, 6 yaşında ikən atasını itirsə də, balaca Abbas çətin günlərə sinə gərərək yaşıdlarından geri qalmır. 1993-2004-cü illərdə Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məкtəbdə təhsil almışdır. Çalışır, həyatın qoynuna bir igid kimi atılır. Abbas uşaqlıq yaşamadan böyümüşdür. Bəlkə də uğurlarının əsas səbəbi də bu idi. O məktəbdə təhsil aldığı dövrdə hər zaman müvəffəqiyyət qazanmışdır. Uşaq vaxtlarından vətən həsrəti, həyatın ağırlıqları onu hərbiyə doğru yönəltmişdir. 2003-cü ildə orta məktəbi yaxşı qiymətlərlə başa vurduqdan sonra, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına daxil olmuşdur. Beləliklə, Abbasın hərbi həyatı başlamışdır. 2007-ci ildə Akademiyanı bitirən Abbas sərhədlərin mühafizəsi üçün bölüyə göndərilmiş və Azərbaycanın bir neçə rayonlarında sərhəddə  xidmət etmişdir. Xidməti dövründə də daim fərqlənmiş, medal və təltiflərlə mükafatlandırılmışdır. Hər zaman pilot olmağı arzulayan Abbasa yeni bir yol açılır. Milli Aviasiya Akademiyasına daxil olur. 2017-ci ildə mayor rütbəsi almış və zirvələr o vaxtdan Abbasın talehinə yazılmış və ən uca zirvə-Şəhidlik Zirvəsinə sahib olmuşdur.

2020-ci il 27 sentyabr Vətən müharibəsi başlayanda döyüş bölgəsinə yollanmış və Qubadlı, Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qasımov Abbas Rza oğlu II Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə medalları və “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə təltif edilmişdir.

Allah Vətən uğrunda həyatını qurban vermiş bütün Şəhidlərimizə rəhmət etsin!

Keçidlər