Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamına əsasən 20 Yanvar faciəsinin 31-ci ildönümnə həsr olunmuş “Qanlı Yanvar- Milli qürur günü” adlı online tədbir keçirilmişdir

20 yanvar 2021 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının və “20 Yanvar” Cəmiyyətinin Binəqədi rayon filialı əməkdaşlarının və rayon ictimaiyyətinin iştirakı ilə Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamına əsasən 20 Yanvar faciəsinin 31-ci  ildönümnə həsr olunmuş “Qanlı Yanvar- Milli qürur günü” adlı online tədbir keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi rayon Gənclər və İdman İdarəsinn rəisi Namiq Tarverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz  Göyüşov, C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram teatrının direktoru İftixar Piriyev, “20 Yanvar” Cəmiyyətinin Binəqədi rayon filialının sədri Mübariz İsmayılov, məktəb direktorları, müəllimlər, ictimai birliklərin rəhbərləri və məktəblilər iştirak etmişlər.

Tədbir iştirakçıları tərəfindən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov 20 Yanvar faciəsi və Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizə haqqında məlumat verərək bildirmişdir ki, 31 il öncə baş verən bu qanlı faciə hər birimizin yaddaşına əbədi olaraq həkk olunub. Həmin gün Azərbaycan tarixinə Qanla yazılmış bir səhifə olsa da, bu tarix eyni zamanda Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 – cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Natiq çıxışının sonunda vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti nəticəsində bu yolda qarşıya çıxan maneə və çətinliklər uğurla dəf olunmuş, ölkədə siyasi sabitlik yaranmış, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artmışdır.

Daha sonra, 20 Yanvar Cəmiyyətinin Binəqədi rayon filialının sədri Mübariz İsmayılov çıxış edərək bildirdi ki, artıq tarixiləşmiş bu faciə genetik yaddaşımızda xalqımızın fəxarət və şərəf günü kimi qalmışdır. Həmin günlərin ağrı-acısının şahidi olmuş bir insan kimi xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Daha sonra, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz  Göyüşov yekun nitq üçün çıxışı zamanı qeyd etdi ki, bu il 20 yanvar şəhidlərinin də ruhu sevinir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizi cəmi 44 gün ərzində işğaldan azad etməsi, düşməni diz çökdürməsi ilə şanlı qəhrəmanlıq tarixi yazdı. O, bildirdi ki, 20 Yanvar qurbanlarının da, bütün şəhidlərimizin də qisasını aldıq.

Tədbir 179 №li tam orta məktəbin 7-ci sinif şagirdi  Nuray Nağıyevanın  ifasında 20 Yanvar faciəsinə həsr edilmiş kompozisiya ilə sona çatdı.

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN !

Keçidlər