Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda abadlıq, təmizlik işləri üzrə iməcilik keçirilir

23 yanvar 2021 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında Binəqədi rayonu ərazisində irimiqyaslı təmizlik və abadlıq işləri üzrə iməciliklər mütəmadi şəkildə davam etdirilir. Belə ki, rayon ərazisində mərkəzi və qəsəbədaxili yollar təmizlənir.

Görülən işlər çərçivəsində rayonun Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Xocəsən və 28 May qəsəbələri, 6, 7, 8 və 9-cu mikrorayonlar, eyni zamanda, Goradil bağlar massivi ərazisində magistral və məhəllədaxili yollar təmizlənir, mövcud yaşıllıqlara xüsusi diqqət göstərilir, yabanı otlar təmizlənir, parklarda yerləşən abidələr yuyulur, eyni zamanda, ərazidə olan bərk məişət tullantıları daşınır, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı, yol işarələri və dayanacaqlar təmizlənir. Həmçinin, həyata keçirilən abadlq və təmizlik işləri çərçivəsində rayon ərazisində fəailiyyət göstərən sahibkarlarda da bu işlərdə öz dəstəyini göstərir.

Rayonun qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bütün bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, eyni zamanda, xüsusi-təyinatlı MKİS-lərin əməkdaşları aparılan abadlıq və təmizlik işlərinə cəlb edilmişlər. 

Keçid üçün:

http://azxeber.com/az/bineqedi-rayonunda-abadliq-isleri-mutemadi-sekilde-davam-etdirilir-fotolar/sosial/

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər