Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Şəhidləri: Cabbarov Əli Baba oğlu - Şəhidlərimizi tanıyaq və tanıdaq!”

11 yanvar 2021 | 11:00

Bu gün “Binəqədi Şəhidləri: Şəhidlərimizi tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində Azərbaycanımızın mərd oğullarından Cabbarov Əli Baba oğlunun igidliyindən söz açacağıq. Hər birimiz Vətənin dar günündə Ali Baş Komandan İlham Əliyevin çağırışına hay verərək döyüş meydanına atılan, mərdliklə döyüşərək vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü yolunda canından keçən Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!

Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Cabbarov Əli Baba oğlu 2002-ci il yanvarın 8-də Bakı şəhəri, Binəqədi qəsəbəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə təshil almışdır. Elə həmin ildə də Bakı Humanitar Kollecinə daxil olmuşdur. 2020-ci il yanvar ayının 14-ü hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətinə Ağcabədidə başlamış, Füzulidə davam etmişdir. 2020-ci il 27 sentyabr tarixində əks hücum əməliyyatı məqsədi ilə başlamış II Vətən Müharibəsində fəal iştirak etmiş, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak etmiş və oktyabr ayının 27-si Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına Şəhid olmuşdur.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN !

Keçidlər