Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır

28 iyun 2020 | 11:00

    Prezident İlham Əliyevin Mingəçevirdə hərbi hissənin açılışındakı nitqini böyük həvəslə izlədik. O bildirdi ki, ordu quruculuğu çox vacib məsələdir və fəaliyyətimizdə əsas yeri tutur.  Nəzərə alsaq ki, Azərbaycan artıq uzun illərdir ki, müharibə şəraitindədir və torpaqlarımız işğal altındadır, yalnız güclü ordu sayəsində bu torpaqları qaytarmaq mümkündür. Misal olaraq, Naxçıvan əməliyyatı nəticəsində məhz ordumuzun gücü sayəsində 10 min hektardan çox ərazini işğaldan azad etdik. Yadımıza salaq Aprel döyüşlərini! Ermənilər Azərbaycan ordusunun gücünü görüb qaçmağa başladılar. Bunun üçün müasir texnikamız yetərincə var, hərbi hissələr və şəhərciklər, bazalar cənab Prezidentin göstərişi ilə yenidən qurulur. Əlbəttə ki, bunları da yalnız güclü iqtisadiyyat nəticəsində qurmaq mümkündür.

    Göz qabağındadır ki, cənab Prezident var gücü ilə çalışır ki, ölkəmizin həm güclü iqtisadiyyatı, həm də güclü ordusu olsun. Reytinqlərə əsasən Azərbaycan ordusunun dünyada ən güclü 50 ordu sırasında olması bunu sübut edir. Əminik ki, məhz bu ordu sayəsində işğal olunmuş torpaqlarımızı işğaldan azad edə, öz ata-baba yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərimizi də öz yurdlarına qaytara biləcəyik.

İradə Rzazadə
"Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri

Keçidlər