Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda gənclər arasında “Futbol” birinciliyi keçirildi

22 iyun 2020 | 11:00
19 iyun 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “26 İyun - “Silahlı Qüvvələr günü”nə həsr olunmuş “Futbol” birinciliyi  keçirildi.

“Futbol” birinciliyinin nəticəsinə əsasən 1-ci yeri “Yasamal FC” komandası , 2-ci yeri “Xutor FC” komandası, 3-cü yeri “Papanin FC” komandası tutdu.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak etdilər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq, tədbirdə  COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar stadiona hərarətləri yoxlanılaraq daxil olublar.
 
 
 
 
 
 
 
 
Keçidlər