Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü siyasi iradə korrupsiyaya qarşı uğurlu mübarizənin əsas təminatıdır

23 may 2020 | 11:00
Binəqədi gənci Cəlal Həsənli, Ankara Devlet Universitesi, Siyasal Bilgiler fakültesi, Siyaset Bilimi ve Kamu Yönetimi bölümü tələbəsi
 
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ölkədə bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizə  sahəsində də əsaslı islahatlara başlanıldı. Bu proses hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə insan hüquqlarının inkişafına böyük diqqət göstərilir, eyni zamanda qlobal bəlaya çevrilən korrupsiyaya qarşı dövlət səviyyəsində ciddi tədbirlər görülür. Korrupsiya dövlətin iqtisadi inkişafında başlıca maneələrdən biridir. Vətəndaşların dövlət təsisatlarına inamını zəiflədir. Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılan və möhtərəm Prezidentin uğurla davam etdirdiyi korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişlənmişdir. Andiçmə mərasimində cənab prezident İlham Əliyev bu problemin aradan qaldırılması üçün güclü siyasi iradə olduğunu, korrupsiyaya qarşı səylərini bundan sonra da davam etdirəcəyini və bu mübarizənin ümumxalq işi olduğunu bəyan etmişdir.

Hazırda dünyanın parktik olaraq bütün ölkələrində korrupsiya vardır. Azərbaycan bu qlobal bəlaya qarşı çox ciddi konsepsiya və strateji layihələrə malikdir. Ölkəmiz korrupsiya ilə mübarizədə beynəlxalq sistemə qoşulmuşdur və antikorrupsiya siyasətində öz xəttini və kursunu davam etdirməkdədir. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilməklə, bir nümunə kimi təqdim olunur.       

Ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində önəmli hüquqi baza yaradılmışdır. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu korrupsiya ilə əlaqədər hüquq pozuntularının aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.

Müasir dövrdə ümumi inkişaf və təhlükəsizliyə birbaşa təsir göstərən korrupsiya təkcə hamılıqla qəbul edilmiş ümumbəşəri demokratik dəyərləri deyil, həm də milli-mənəvi dəyərləri sarsıdır. Azərbaycanda dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində mövcud korrupsiya elementləri iqtisadi böhran yaradılmasına nail olmadı. Hazırda korrupsiyaya qarşı mübarizə uğurla davam etdirilməkdədir.

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair ölkə başçısının tapşırıqlarının icrası ilə əlaqədar aparılan genişmiqyaslı tədbirlər çərçivəsində korrupsiya hüquqpozmalarının qarşısı alınır. Təsadüfi deyil ki, bu gün  dünyanın nüfuzlu araşdırma mərkəzləri, beynəlxalq vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları  ən uca tribunalardan Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində  əldə etdiyi uğurlar  barədə yüksək fikirlər səsləndirirlər.
 
Keçidlər