Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısının şəffaf fəaliyyət prinsipinə, eləcə də, tapşırıq və tövsiyyələrinə dövlət qulluqçusu statusu daşıyan hər bir kəs riayət etməlidir

02 may 2020 | 11:00
    02.05.2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə video müşavirə keçirilib.
 
   Online görüş zamanı Azərbaycanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılması qərarından irəli gələn qaydalara riayət edilməsinə nəzarətin daha da gücləndirilməsi, sakinlər arasında təbliğat işinin mütəmadi aparılması, bundan sonra Binəqədi rayonunda pandemiyanın yayılmasına qarşı mübarizə çərçivəsində görüləcək işlər və qarşıya qoyulmuş vəzifələrin icrası müzakirə edilib.
 
   Bununla bərabər son günlərdə ölkəmizdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin cəzalandırılması, Ölkə başçısı cənab İlham Əliyevin şəffaf fəaliyyət prinsipinə, eləcə də, tapşırıq və tövsiyələrinə, dövlət qulluqçusu statusu daşıyan hər bir kəsin birmənalı riayət etməli olduğu və bu məsuliyyətin dərk edilməsinin vacibliyi barədə söhbət aparılıb.
Keçidlər