Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibətilə müharibə veteranlarına medallar təqdim edildi

09 may 2020 | 11:00
1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qazanılmış qələbənin 75 illiyi münasibətilə Binəqədi rayon sakinləri olan müharibə veteranlarına medalları təqdim edildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəsi müavini Müseyib İbrahimov, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Anar Əliyev iştirak etdilər.

Müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyeva öz təşəkkürlərini bildirdilər.
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər