Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevə həsr edilmiş müsabiqə çərçivəsində görüş keçirildi

27 fevral 2020 | 11:00
27 fevral 2020-ci il tarixində “Ədibin Evi” tərəfindən hekayə janrının inkişafına töhfə vermək məqsədilə görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevə həsr edilmiş müsabiqə çərçivəsində görüş keçirildi.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, “Ədibin evi”nin direktoru Elnur İmanbəyli, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etdilər.

Çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Mir Cəlal Paşayev irsinin öyrənilməsi istiqamətində Binəqədi rayonunda bir sıra mühim işlərin görüldüyünü qeyd etdi.

Daha sonra çıxış edən “Ədibin evi”nin direktoru Elnur İmanbəyli müsabiqənin şərtləri barəsində geniş söhbət açdı. Natiq görüşün əsas məqsədinin bu sahəyə aid yüksək biliyi,  bacarığı və təcrübəsi olan müəllim və şagirdlərin iştirakını təmin etməkdən ibarət olduğunu bildirdi.

Çıxışlardan sonra görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr edilmiş film nümayiş etdirildi. 
 
 
 
 
Keçidlər