Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalısız 28 il” adlı ədəbi-bədii tədbir keçirildi

24 fevral 2020 | 11:00
20 fevral 2020-ci il tarixində 283 və 30 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Xocalısız 28 il” adlı ədəbi bədii tədbir keçirildi.

Tədbirdə Xocalı soyqırımının canlı şahidi, “Erməni zindanında səkkiz gün” kitabının müəllifi Dürdanə Ağayeva, 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova, 30 nömrəli tam orta məktəbin direktoru Rübabə Abdullayeva, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.

Şagirdlərin təqdimatında Ələmdar Quluzadənin “Şəhid - şəhər” pyesi əsasında hazırlanmış kompozisiyası nümayiş etdirildi.
Tədbir məktəbin xor qrupunun ifasında “Can, Azərbaycan” mahnısı ilə başa çatdı.
 
Keçidlər