Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə qoşulmaq üçün müraciət edən gənclər arasında seçim görüşü keçirildi

15 fevral 2020 | 11:00
15 fevral 2020-ci il tarixində “Sən də könül ver” şüarı ilə Binəqədi Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə qoşulmaq üçün müraciət etmiş gənclər arasında final seçim görüşü baş tutdu. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, Binəqədi Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsinin müdiri Ələkbər Mustafayev və müraciət etmiş könüllülər iştirak etdi.
 
Müsahibəsinin sonunda 7 könüllü Rayon İcra Hakimiyyətində təcrübə keçmək şansı əldə edib.
 
Məlumat üçün qeyd edək ki, könüllülük fəaliyyəti 2 (iki) ay müddətində davam etdiriləcək. Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək.
 
 
 
 
 
 
 
Keçidlər