Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2 fevral – Azərbaycan Gənclər Günü”nə həsr edilmiş “Gənclik üçün Danış” Gənclər Forumu keçirildi

02 fevral 2020 | 11:00
2 fevral 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə 200-dən çox gəncin iştirakı ilə “2 fevral – Azərbaycan Gənclər Günü”nə həsr edilmiş “Gənclik üçün Danış” Gənclər Forumu keçirildi.
Açılış nitqi ilə çıxış edən Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev Azərbaycandakı Gənclər siyasətindən, gənclər gününün yaranma tarixindən, hazırda gənclər üçün yaradılan imkanlardan və Binəqədi Gənclər Evinin də bu imkanlar çərçivəsində gənclər üçün həyata keçirilən layihələrindən danışdı.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva  Binəqədi rayonunda görülən işlər çərçivəsində gənclərlə olan fəaliyyətlərin vacibliyindən danışdı. Natiq ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirildiyini bildirib.
Çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Rəvanə Həşimova, UNICEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşı Natiq Umarov, Binəqədi YAP Rayon Təşkilatının Gənclər Birliyinin sədri Anar Əliyev çıxışı edərək karyera istiqamətində bir çox layihələrin regionlarda da keçirilməsinin vacibliyinindən danışdılar.
Forumun ikinci hissəsində 3 istiqamət üzrə spiker çıxışlarına yer verildi.
Spikerlər (Anar Məmmədov, Sara Rəcəbli, Nəcəf Allahverdiyev), “Gənclik və Təhsil”, “Gənclik və Gənc Sahibkarlıq, “Gənclik və Şəxsi İnkişaf” mövzusunda çıxış edərək gənclərlə fikir mübadiləsi apardı.
Daha sonra fəal gənclər Binəqədi Gənclər Evi tərəfindən və İcra Hakimiyyəti tərəfindən mükafatlandırıldı.
Forumun üçüncü hissəsində “Könüllülük Akademiyası 2” (Gənc Liderlərimiz) layihəsininin bağlanış mərasimi keçirildi. Könüllülər üçün hazırlanan video-rolik izlənildikdən sonra layihə iştirakçıları rəsmi qonaqlar tərəfindən təltif olundular.
Sonda xatirə şəkili çəkdirildi.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər