Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda şəhid Fəxrəddin Qurbanlının doğum günü münasibətilə tədbir keçirildi

13 yanvar 2020 | 11:00

13 yanvar 2020-ci il tarixində “Aprel döyüşləri” şəhidi Fəxrəddin Qurbanlının doğum günü münasibətilə tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi Rayon Səfərbərlik və  Hərbi Xidmətə  Çağırış İdarəsinin rəisi Nicat Həsənov, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi Zakir Əliyev, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, şəhidin ailə üzvləri, şəhidin oxuduğu məktəbin və universitetin kollektivi və sakinlər iştirak etdi.

Çıxış edənlər şəhidin həyat yolu və fəaliyyəti barədə danışaraq, tez bir zamanda Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə torpaqlarımız azad olunacağı və şəhidlərimizin qanının yerdə qalmayacağına inandıqlarını bildirdilər.

Çıxışlar bitdikdən sonra şəhidin adını daşıyan bulağın açılışı oldu.

Daha sonra şəhidin məzarı ziyarət olundu.

Günün sonunda şəhidin xatirəsinə ehsan süfrəsi təşkil edildi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər