Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu yeni ilə hazırlaşır

28 dekabr 2019 | 11:00

2020-ci ilin gəlişinə respublikamızın bütün bölgələrində hazırlıq işləri aparılır, şam ağacları bəzədilir. Bayram əhval-ruhiyyəsi Bakının Binəqədi rayonunun prospekt, küçə və meydanlarında, park və xiyabanlarında da hiss olunur. Rayon ərazisində  tərtibat və bəzək işləri aparılır. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, həmçinin, Azadlıq prospektində yol boyunca təbii ağaclar işıqlandırılıb, müxtəlif bəzək əşyaları ilə bəzədilib və dekorasiyalar quraşdırılıb. 
Bayramın yüksək səviyyədə təşkili və keçirilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Həmin plana müvafiq olaraq, rayonun müxtəlif ərazilərində yerləşən parklar "yeni il yolkaları" və digər bayram atributları ilə bəzədilir. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılmış "Yeni il yolkası" möhtəşəm görünüşü ilə rayon sakinlərinin bayram ovqatını daha da yüksəldir.
Yeni il şənliklərinin yüksək səviyyədə təşkili, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmini məqsədilə bayram günlərində parkın işıqlandırma sistemi də xüsusi diqqət mərkəzində saxlanılır.
Bütün görülən işlərin əsas məqsədi şəhər sakinlərinin bayram əhval-ruhiyyəsinə xoş ovqatlar qatmaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər