Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirilib

25 dekabr 2019 | 11:00

    25 dekabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirildi. Qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak etdilər.

    Qəbulda iştirak edən beş nəfər sakin müraciətlərində torpaq sahəsivə ya sığınacaqla təmin olunmağa köməklik göstərilməsi, maddi yardım göstərilməsi, tikintiyə icazə verilməsi və s. problemlərin həllində köməklik göstərilməsini xahiş etdilər.

    Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev RİH-in səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olmayan məsələlərlə bağlı aidiyyatı qurumlara müraciət ünvanlanması, eyni zamanda, zərurət olduqda, araşdırma aparılaraq tədbir görülməsi ilə əlaqədar aidiyyəti məsul şəxslərə tapşırıqlar verdi.

 

Keçidlər