Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 7-ci mikrorayon sakinləri ilə "Açıq qapı" formatında növbəti səyyar qəbulu keçirildi

19 dekabr 2019 | 11:00

    19 dekabr 2019-cu il tarixdə 7-ci mikrorayon ərazisində yerləşən «Binəqədi Gənclər Evi» Sosial-Xidmət Müəssisəsində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sakinlərlə "Açıq qapı" formatında səyyar qəbulu keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

      Sakinlər daha çox onları narahat edən məsələlərlə bağlı müraciət edərək, yaşadıqları ərazidə binanın dam örtüyünün təmir edilməsini, kanalizasiya xəttində, istilik təchizatında mövcud problemlərin aradan qaldırılmasını, binanın həyətinin işıqlandırılmasını xahiş etdilər.

    RİH başçısı bildirdi ki, rayonun digər ərazilərində olduğu kimi, mikrorayonlarda da mövcud qlobal problemlərin mərhələli şəkildə həlli istiqamətində zəruru tədbirlər həyata keçirilir. Növbəti illərdə qalan ərazilərdə də abad məhəllələrin salınması, binaların liftlərində mövcud problemlərin aradan qaldırılması istiqamətində əməli işlər görüləcəkdir.

    Daha sonra RİH başçısı sakinlər tərəfindən qaldırılan digər məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Keçidlər