Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda məktəblilərin mükafatlandırılması mərasimi keçirildi

17 dekabr 2019 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 17 dekabr 2019-cu il tarixində Binəqədi Gənclər Evində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda inşa yazı və rəsm; 09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə «Mənim bayrağım» mövzusunda inşa yazı, bədii qiraət və rəsm müsabiqələrinin qalibləri və iştirakçılarının mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, rəis müavini Rüfət Əhmədov, aparıcı məsləhətçi Ülviyyə Usubova, rayon orta ümumtəhsil məktəblərinin gənclərlə iş üzrə nümayəndələri, məktəblilər və onların valideynləri iştirak etdilər.
Əvvəlcə idarə rəisi Namiq Tarverdiyev çıxış edərək məktəbliləri keçirilən müsabiqələrdə iştiraklarına və qazandıqları uğura görə təbrik etdi, onlara dərslərində yüksək nailiyyətlər əldə etməyi arzuladı.
Sonra şagirdlərə diplom və sertifikatlar təqdim edildi.
Keçidlər