Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirilib

18 dekabr 2019 | 11:00

  18 dekabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirildi. Qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak etdilər.

  Qəbulda iştirak edən 6 nəfər sakin müraciətlərində torpaq sahəsinin sənədləşdirilməsinə, mənzilə təmin olunmağa köməklik göstərilməsi, maddi yardım göstərilməsi və s. problemlərin həllində köməklik göstərilməsini xahiş etdilər.

   Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev RİH-in səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olmayan məsələlərlə bağlı aidiyyatı qurumlara müraciət ünvanlanması, eyni zamanda, zərurət olduqda, araşdırma aparılaraq tədbir görülməsi ilə əlaqədar aidiyyəti məsul şəxslərə tapşırıqlar verdi.

 

 

Keçidlər