Şriftin ölçüsü :

Saytın rəngi :

“Məktəblər arasında respublika çempionatı” layihəsinin Binəqədi rayon mərhələsi yekunlaşdı

22 noyabr 2019 | 11:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” layihəsinin Binəqədi rayon mərhələsi yekunlaşdı.
Stolüstü tennis idman növü üzrə yarış 30 oktyabr 2019-cu il tarixində 276 №-li tam orta məktəbdə keçirildi. 2004-2005-ci il təvəllüdlü şagirdlər arasında keçirilən yarışın nəticəsinə görə I yeri 267 №-li məktəb-liseyin, II yeri 276 №-li tam orta məktəbin, III yeri 144 №-li tam orta məktəbin komandaları tutdu.
Atletika idman növü üzrə yarış 05 noyabr 2019-cu il tarixində 244 №-li tam orta məktəbdə keçirildi. 2007-2009-cu il təvəllüdlü şagirdlər arasında keçirilən yarışın nəticəsinə görə I yeri 144 №-li tam orta məktəbin, II yeri 100 №-li tam orta məktəbin, III yeri 283 №-li tam orta məktəbin komandaları tutdu.
Voleybol idman növü üzrə yarış 08 noyabr 2019-cu il tarixində 248 №-li tam orta məktəbdə keçirildi. 2005-2007-ci il təvəllüdlü şagirdlər arasında keçirilən yarışın nəticəsinə görə I yeri 83 №-li məktəb-liseyin, II yeri 314 №-li tam orta məktəbin, III yeri 182 №-li tam orta məktəbin komandaları tutdu.
Basketbol idman növü üzrə yarış 13 noyabr 2019-cu il tarixində 248 №-li tam orta məktəbdə keçirildi. 2004-2005-ci il təvəllüdlü şagirdlər arasında keçirilən yarışın nəticəsinə görə I yeri 267 №-li məktəb-liseyin, II yeri 299 №-li məktəb-liseyin, III yeri 126 №-li tam orta məktəbin komandaları tutdu.

 

 

 

 

Keçidlər