Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd edildi

21 noyabr 2019 | 11:00
20 noyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayonu, Mir Cəlal 1 D ünvanlı (“Xaliq Faiqoğlu” şirkəti) ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə təntənəli tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar İbrahimov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, “Xaliq Faiqoğlu” şirkəti ərazi ilk partiya təşkilatının sədri Faiq Seyidov, Aparatın şöbə müdirləri, ictimai-siyasi xadimlər, partiya fəalları, media nümayəndələri və gənclər iştirak etdilər.
Tədbir Yeni Azərbaycan Partiyasının 27 illik tarixindən və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının iri layihələrindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlandı.
Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bütün qonaqları salamladı, partiyanın yaradılmasının ildönümü ilə əlaqədar keçirilən tədbirdə birgə iştirakdan məmnunluğunu bildirdi, hər kəsə təşəkkürünü bildirdi. Ramiz Göyüşov tarixi, siyasi proseslərə nəzərə salaraq qeyd etdi ki, bu partiya yenicə müstəqilliyinə qovuşmuş bir  ölkənin yenidən parçalanmaq təhlükəsi qarşısında qaldığı bir zamanda ölkənin mütərəqqi fikirli insanlarının, ziyalılarının təşəbbüsü, ulu öndərin müdrikliyi sayəsində müxalifətdə ikən yaradıldı. Çox qısa müddətdən sonra cəmi 7 aydan sonra hakimiyyətə gəldi və gəlişi ilə Azərbaycan tarixində yeni bir inkişaf dövrünün başlanğıcını qoydu. Bu gün də ümummilli lider Heydər Əliyevin idelayaları, siyasi kursu ölkəmizdə uğurla davam etdirilir və ölkəmizin bu günkü inkişafına şərait, gələcək inkişafına əsaslı zəmin yaradır. Rayon təşkilatının sədri həmçinin dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi və sosial layihələrdən danışdı.
Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxışında vurğuladı ki, bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 illiyi münasibətilə təşkil edilmiş təntənəli mərasimdə ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Yeni Azərbaycan Partiyası 21-ci əsrin partiyasıdır, III minilliyin partiyasıdır!” ifadəsini qürurla və fəxarətlə səsləndiririk. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır”. Eldar İbrahimovun sözlərinə görə bu partiya fəaliyyət göstərdiyi 27 il ərzində daim dövlətlə, xalqla bir olub, həmrəylik nümayiş etdirib.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Binəqədi rayonu, Mir Cəlal 1 D ünvanlı (“Xaliq Faiqoğlu” şirkəti) ərazi ilk partiya təşkilatının sədri Faiq Seyidov çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 27 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub. Məhz bu səbəbdə də  üzvlərinin sayı 700 mindən çox olan partiyamıza bu gün də axın davam etməkdədir.
Yekunda nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bu əlamətdar hadisə münasibətilə xalqımızı və bütün partiya fəallarını təbrik etdi. Qeyd etdi ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Öz əməlində ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsas hissəsini və prioritet istiqamətini təşkil edir.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif edildi. Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.
Tədbir bədii hissə və ziyafətlə davam etdirildi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər