Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində “Səndə Könül Ver ” layihəsi çərçivəsində növbəti 3-cü qrup könüllülük tərcübəsinə başlayıb

01 oktyabr 2019 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək üçün müraciət edən gənclər arasında həyata keçirilən “Səndə Könül Ver ” layihəsi çərçivəsində növbəti 3-cü qrupun üzvləri qəbul edilib.
Müsahibə nəticəsində Binəqədi Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə cəlb edilmiş gənclər  İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə tanış olmuş və onlara Rayon İcra Hakimiyyətinin, eləcə də 1646 – Telefon Xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verildi.
Daha sonra könüllülər öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək icra başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar.

 

Keçidlər