Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Gənclik Günü” layihəsi 200 nəfərdən çox yeniyetmə və gəncin iştirakı ilə həyata keçirilib

16 avqust 2019 | 11:00

Binəqədi rayon Gənclər və İdman İdarəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti və UNICEF-in Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı ilə 16 avqust 2019-cu il tarixində Binəqədi Gənclər Evində “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Gənclik Günü” layihəsi 200 nəfərdən çox yeniyetmə və gəncin iştirakı ilə həyata keçirilmişdir.
Layihəyə təcrübəli mütəxəssis Kənan Məmmədovun yoqa sessiyası ilə start verilmişdir. Sonra Binəqədi Gənclər Evinin akt zalında yeniyetmə və gənclər arasında “Dama” və “Şahmat” turnirləri keçirilmişdir. Hər iki turnirə Xalidə Həsənova və Ramil İmanov hakimlik etmişdir.
“Dama” turnirinin nəticəsinə görə I yeri Cəfərli Cavad, II yeri Məmmədov Məhəmməd, III yeri Həsənli Daşqın tutmuşdur.
“Şahmat” turnirinin nəticəsinə görə I yeri Məmmədova Nuray, II yeri Vəliyev Amal, III yeri Həsənova Zeynəb tutmuşdur.
Binəqədi Gənclər Evinin gənclər klubunda keçirilən “Xəmsə” Milli İntellektual Oyununda I yeri Səyyar Qurbanov, II yeri Elvin Əliyev, III yeri Yusif Ağayev tutmuşdur.
Layihə çərçivəsində baş tutan futbol turnirində isə I yeri “AFFA, II yeri “Bilbao”, III yeri isə “Marşal” komandaları tutmuşdur.
Oyunlar yekunlaşdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. Mükafatlandırılma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, UNICEF-in Azərbaycan nümayəndəliyinin ofisinin gənclərlə iş şöbəsinin əməkdaşı Mina Hüseynova iştirak edərək qalibləri təbrik etmiş, yeniyetmə və gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə görülən işlər haqqında məlumat vermişlər.
“Gənclik Günü” layihəsi musiqili əyləncəli proqramla davam etdirilmişdir.

 

Keçidlər