Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yerləşən Abad məhəllədə “Rayonumuzu Təmiz Saxlayaq – uşaqların gözü ilə” mövzusunda açıq havada rəsm sərgisi keçirilib

31 may 2019 | 11:00

Binəqədi rayonunda Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2019-cu il tarixli, 63 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2019-cu ilin yaz-yay mövsümü ilə əlaqədar Binəqədi rayonu ərazisində “Rayonumuzu Təmiz Saxlayaq” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planının 2.9.3. (“Rayonumuzu Təmiz Saxlayaq” uşaqların gözü ilə rəsm müsabiqəsinin keçirilməsi) və 2.9.4. (Layihə çərçivəsində tərbiyəvi karikaturaların hazırlanması və müsabiqənin keçirilməsi) yarım bəndlərinin icrasına uyğun olaraq tədbirlər həyata keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 29 may 2019-cu il tarixində Azadlıq prospektində 186, 188, 194 binaların yerləşdiyi ərazidə salınmış ABAD məhəllədə “Rayonumuzu Təmiz Saxlayaq – uşaqların gözü ilə” mövzusunda açıq havada rəsm sərgisi keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, idarənin əməkdaşları, məhəlləyə yaxın ərazidə yerləşən məktəblərin şagirdləri və rayon sakinləri iştirak etmişlər.
Sərgidə 40-dan çox məktəbli rəssamın çəkdiyi əl işləri sərgilənmiş, 267 №-li məktəb-liseyin şagirdləri Fidan Ramazanovanın skripkada, Cavid Hüseynzadənin gitarada musiqi nömrələri təqdim edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 31 may 2019-cu il tarixində 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin həyətində rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin “Rayonumuzu təmiz saxlayaq - uşaqların gözü ilə” tərbiyəvi karikaturalar mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyad Nəbiyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov iştirak etmişdir.

 

Keçidlər