Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib

09 aprel 2019 | 11:00

09.04.2019-cu il tarixində Binəqədi rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirildi.Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru - AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, məktəb direktorları, tarix müəllimləri və şagirdlər iştirak edib. İlk olaraq tədbir Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlandı. Daha sonr Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

İlk olaraq layihənin məqsədi haqqında qonaqlara geniş məlumat verildi.Daha sonra  komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 125 elmi işdən seçilmiş 13 ən yaxşı 13 referat məktəblilərin hazırladığı təqdimatlar təqdim edildi.
edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildirdi.
Çıxış üçün söz verilən Vaqif Abbasov Ümummilli liderin bizlərə Azərbaycanın nurlu sabahı uğrunda, lazım gələrsə, öz həyatımızı qurban vermək, milli yüksəliş naminə fərdi maraqların fövqündə dayanmağı bacarmaq, Vətənə təmənnasız xidmət kimi şərəfli ideyaları aşılaya bildiyini qeyd etdi.
Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüysen Əsgərov Böyük Öndər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdiyini dedi.
Ramiz Göyüşov qeyd etdi ki, Azərbaycan bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Heydər Əliyev yoludur.
Çıxış üçün söz verilən Aygün Əliyeva Ümummili lider Heydər Əliyevin  müəllifi olduğu azərbaycançılıq ideologiyasının həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummilli mənafeələr çevrəsində bir araya gəlməsi, Azərbaycan mənafelərinin qələbə çalması üçün fundamental baza rolunu oynadığını bildirdi.Natiq Azərbaycan xalqı,Azərbaycan gəncliyi var olduqca Ümummili lider Heydər Əliyev idealarının da var olacağına əminliyindən bəhs etdi.
Sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr  təqdim olundu. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanova məktəblilər tərəfindən xatirə olaraq “Xarı bülbül” hədiyyə edildi.

 

Keçidlər