Şriftin ölçüsü :

Saytın rəngi :

02.04.2019-cu il tarixində Aprel qələbəsinin ildönümü çərçivəsində Binəqədi rayonundan olan aprel şəhidlərinin məzarları ziyarət edilib

02 aprel 2019 | 11:00

02.04.2019-cu il tarixində Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin birgə təşkilatçılığı, Binəqədi  rayon Gənclər və İdman İdarəsi, YAP Binəqədi rayon təşkilatı gənclər birliyi üzvlərinin iştirakı ilə Aprel qələbəsinin ildönümü çərçivəsində Binəqədi rayonundan olan aprel şəhidlərinin məzarları ziyarət edilmişdir. 2016-cı il aprel döyüşlərinin 3-cü ildönümünün qeyd edilməsi ilə əlaqədar olaraq Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rövşən Əliyev, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər bir qrup fəal gənc, eləcə də şəhidlərin valideynlərinin iştirakı ilə Aprel döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olmuş Emin Bağırovun və Fəxrəddin Qurbanlının xatirəsi anılmış, ziyarət edilərək məzarları önünə əklillər qoyulmuşdur.

 

Keçidlər