Şriftin ölçüsü :

Saytın rəngi :

19 mart tarixində “Nəsimi ili” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə tədbir keçirilib

19 mart 2019 | 11:00

19 mart tarixində “Nəsimi ili” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə tədbir keçirildi.Keçirilən festivalda rayon rəhbərliyi, millət vəkilləri, fövqəladə və səlahiyyətli  səfirlər, və səfirliklərin nümayəndələri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər. İlk öncə Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud bayram münasibəti ilə rayon sakinlərini və qonaqları təbrik edərək Bahar bayramında ölkəmizə bol ruzi-bərəkət, əminamanlıq arzuladı.Qonaqlar xari bülbül ilə qarşılandı, əbədi dostluq rəmzi olan duz-çörək kəsildi.Respublikamızın zonaları üçün ayrılmış çadırlarda qonaqlara və sakinlərə bölgələrin müxtəlif mədəni, tarixi nümunələri, milli geyimləri, turizm potensialı və mətbəx nümunələri təqdim edildi.  Çadırların önündə qonaqları salamlayan Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətində iz buraxmış şəxsiyyətlərin  obrazları tədbir iştirakçılarının marağına səbəb oldu. O cümlədən, qonaqlara “Novruz gəlir” mahnısı, Yallı rəqs nümunələri göstərildi, Novruz atributları keçəl,kosa,bahar qızının, pəhlivanlar və kəndirbazların çıxışı sakinlər tərəfindən böyük maraqla qarşılandı. Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət etdi.

 

Keçidlər