Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 26-cı ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

06 mart 2019 | 11:00

6 mart 2019-cu il tarixində Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 26-cı ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Füdumə Hüseynova, Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Eldar İbrahimov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Binəqədi RİH başçısınin müavinləri, aparatının məsul əməkdaşları və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçılarını salamlayaraq əlamətdar günlər münasibəti ilə təbrik etdi. R.Göyüşov YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışaraq, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd etdi. O, partiyanın sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Heydər Əliyev ideyalarına etimadın və dövlətimzin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu söylədi.
Çıxış üçün söz verilən Eldar İbrahimov Azərbaycan tarixində,elm və mədəniyyətində Azərbaycan qadınının özünəməxsus yerindən söhbət açdı.Natiq Yeni Azərbaycan Partiyasının yarandığı tarixi dövrdə də Azərbaycan qadınının siyasi proseslərdə yaxından iştirak etdiyini bildirdi.
Çıxış edən Fidumə Hüseynova partiyanın yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul etdiyini qeyd etdi.F.Hüseynova tarixi müstəqil Azərbaycanın tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyasının ölkəmizin keçdiyi inkişaf yolunun bələdçisi, uğurların təminatçısı olduğunu bildirdi. Natiq bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən qadınlara böyük önəm verildiyindən söz açdı.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev YAP-ın Azərbaycanın siyasi həyatındakı əhəmiyyətli yerindən və rolundan bəhs etdi. Natiqlər partiyanın yaranması və uğurlu siyasi fəaliyyəti ilə Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etdiyini, xalqımızı nicat yoluna çıxardığını vurğuladılar.
Çıxış üçün söz verilən Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Azərbaycan qadınlarının ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsində öz töhfələrini vermələrindən bəhs etdi. Natiq çıxışında fəaliyyəti ilə ölkənin siyasi mühitində fəallıq göstərən Azərbaycan xanımlarını təbrik etdi.
Çıxış üçün söz verilən Elxan Allahverdiyev Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin Azərbaycan qadınlarının dünyada obrazı kimi çıxış etdiyini bildirdi. E.Allahverdiyev Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ictimai, siyasi, mədəni sahələrdə çoxsaylı təşəbbüslərin müəllifi kimi önə çıxması Azərbaycan qadınının inkişafı üçün yeni üfüqlər açdığını bildirdi. O, müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə Yeni Azərbaycan yaranan partiyasının Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğuladı. Natiq bildirdi ki, bütün bunlar partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin uğurlu strategiyasının məntiqi nəticəsi idi. Bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlər qazanır.
Çıxışlar bitdikdən sonra rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadın Fəxri fərman və hədiyyələr ilə təltif olunublar.
Tədbir bədii hissə ilə davam etdirildi.

 

 

 

 

 

Keçidlər