Şriftin ölçüsü :

Saytın rəngi :

“Master-2” proqramı çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 15-ci heyət ASAN Könüllülər üçün "ASAN Tur" təşkil edildi

15 dekabr 2018 | 11:00

15 dekabr tarixində “Master-2” proqramı çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 15-ci heyət ASAN Könüllülər üçün ASAN Tur təşkil edilmişdir. Təşkil edilmiş ASAN Tur çərçivəsində könüllü gənclər ilk öncə Binəqədi qəsəbəsində yerləşən "Binəqədi IV dövr fauna və flora qəbirstanlığın"da olmuş və burada könüllülərə tarixi yer haqqında geniş məlumat verilmişdir. Sonra ASAN könüllüləri “Heydər” məscidini ziyarət etmişdirlər. Qafqazın ən böyük məscid kompleksi haqqında gənclərə geniş məlumat verilmiş və məscid ilə yaxından tanışlıq olmuşdur. Ziyarətdən sonra ASAN könüllüləri Rəsulzadə bələdiyyəsinin qonağı olmuş və bələdiyyənin fəaliyyəti ilə tanış olmuşdurlar. Sonra onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilmişdir. Görüşdə çıxış edən bələdiyyə sədri Hümbət Hüseynov bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verdi. Sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırıldı. Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam etdi. Sonda gənclər xatirə fotosu çəkdirmişdir.

 

 

Keçidlər