Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Məhəllələrarası futbol və şahmat birincilikləri” keçirildi

06 dekabr 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ABAD məhəllələrdə mini futbol və şahmat yarışları layihəsi çərçivəsində 5-6 dekabr 2018-ci il tarixində Azadlıq prospekti 188/28 və Azadlıq prospekti 180/20 saylı binaların həyətində salınmış abad məhəllələrdə “Məhəllələrarası futbol və şahmat birincilikləri” keçirilmişdir.
İdman yarışlarının açılış mərasimində çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov qeyd etdilər ki, bu gün paytaxtın bir çox yaşayış və istirahət yerlərində, o cümlədən yaşayış massivlərində, məhəllələrdə, həyətlərdə və parklarda sakinlərin, uşaq, yeniyetmə və gənclərin bədən tərbiyəsi və idmanla rahat məşğul olması üçün abad məhəllələr salınmışdır. Belə nümunəvi məhəllələrin salınması həm də vətəndaşların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.
Sonra oyunlara baxış keçirilmiş, yekunda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılmışlar.

 

 

Keçidlər