Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirildi

15 noyabr 2018 | 11:00

2018-ci il noyabr ayının 15-da Ə.M.Axundov küçəsində yerləşən Binəqədi rayonu Mənzil Kommunal Təsərüfatı Birliyinin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

 

 

Keçidlər