Şriftin ölçüsü :

Saytın rəngi :

“ 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya günü ”nə həsr edilmiş “İstiqlalın əbədiyyət sancağı” adlı tədbir keçirildi

07 noyabr 2018 | 11:00

7 noyabr Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayonu Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə “ 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya günü ”nə həsr edilmiş “İstiqlalın əbədiyyət sancağı” adlı tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Tarix elmləri doktoru, professor, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Tohidi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sektor müdirləri İntiqam Eyvazov, Fərrux Seyidov, rayon ictimaiyyəti və rayonun fəal gəncləri iştirak etdi.
Tədbirdən əvvəl qonaqlar və tədbirin iştirakçıları Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayonun orta məktəblərinin şagirdləri arasında keçirilmiş  rəsm müsabiqəsinin qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Çıxış edən tarix elmləri doktoru, professor  Solmaz Tohidi bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə müqəddəslik rəmzi olduğunu qeyd etdi. Natiq Azərbaycanın dövlət bayrağınin 100 illik yubileyinin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi kontekstində araşdırılmasının vacib olduğunu bildirərək istiqlalımızın, eləcə də bugünkü dövlət bayrağımızın çətin və keşməkeşli tarixindən, bayrağımızın simvollarının mənalarından,cumhuriyyət qurucularının o zamankı çətin  dönəmdə fədakarlığından ətraflı məlumat verdi.Solmaz xanım Tohidi çıxışını davam etdirərək Ulu öndərimiz Heydər Əliyevin 90-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cumhuriyyətinin bayrağının Naxçıvan MR-nın dövlət bayrağı kimi qəbul etdirməsini o zamankı dövr uçun mühüm hadisə kimi dəyərləndirir.
Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanmasının hər kəsin əsas vəzifəsi olduğuna toxundu. Natiq bu müqəddəs vəzifənin layiqincə yerinə yetirilməsində ən böyük örnəyi Ümummilli liderimiz Heydər Əliyevin göstərdiyini vurğuladı. Ramiz Göyüşov dövlət bayrağına sevgi və məhəbbət hissənin aşılanmasında ölkə rəhbəri cənab İlham Əliyevin misilsiz xidmətlərindən söhbət açdı. Bu xidmətlərin əsasında Vətən sevgisi dayanığını qeyd etdi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sektor müdirləri İntiqam Eyvazov və Fərrux Seyidov çıxışları zamanı Azərbaycanın ilk konstitusiyasının dövlət hakimiyyətlərinin bölgüsü prinsipi əsasında təşkil olunduğunun müəyyən edildiyini bildirdilər. Natiqlər Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gəlmiş konstitusiyamızın əsas prinsiplərinin azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablandığını qeyd etdilər.
Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkdi. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan natiq ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırdı. O,tarixə ekskursiya edərək Ulu öndərin rəhbərliyi ilə keçən  komissiyanın ilk iclasında  layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınmasının  əsas vəzifə olaraq qarşıya qoyulduğunu xatırlatdı.
Çıxışlar bitdikdən sonra “ 9 noyabr -  Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya günü”nə həsr edilmiş şeir, rəsm və inşa müsabiqələrinin qalibləri diplomlarla təltif edildi.
Tədbir bədii hissə ilə davam etdirildi.

 

Keçidlər