Şriftin ölçüsü :

Saytın rəngi :

13 oktyabr tarixində “Master-2” proqramı çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən 14-cü heyət ASAN Könüllülər üçün ASAN Tur təşkil edilmişdir.

13 oktyabr 2018 | 11:00

Təşkil edilmiş ASAN Tur çərçivəsində könüllü gənclər ilk öncə Binəqədi qəsəbəsində yerləşən "Binəqədi IV dövr fauna və flora qəbirstanlığı"da olmuş və burada könüllülərə tarixi yer haqqında geniş məlumat verilmişdir. Sonra ASAN könüllüləri “Heydər” məscidini ziyarət etmişdirlər. Qafqazın ən böyük məscid kompleksi haqqında gənclərə geniş məlumat verilmiş və məscid ilə yaxından tanışlıq olmuşdur.Daha sonra gənclər Binəqədi rayonu 8-ci mikrorayonda yerləşən 28 saylı yaşayış binasının ətrafında “Abad məhəllə” layihəsi çərçivəsində təmir edilmiş “Bizim həyət” parkında görülən işlərlə tanış olmuş və fotolar çəkdirilmişdir. Məhəllə ilə tanışlıqdan sonra ASAN könüllüləri Binəqədi Rayon bələdiyyəsinin qonağı olmuş və bələdiyyənin fəaliyyəti ilə tanış olmuşdurlar. Sonra onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilmişdir. Görüşdə çıxış edən Rayon Bələdiyyəsinin sədri Salman Umudov bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verdi. Sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırıldı. Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam etdi. Sonda gənclər xatirə fotosu çəkdirmişdir.

 

Keçidlər