Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzun ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.

10 oktyabr 2018 | 11:00

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Binəqədi rayonunda təxirə salınmaz tədbirlər həyata keçirilir. Belə ki, rayonumuzun ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.Yəhya Hüseynov küçəsi ilə Natavan küçəsinin kəsişməsində olan kiçik yaşıllıq zonasına və Qəhrəmanlar parkına həmyaşıl ağac kolları əkilir, Asəf Zeynallı və 22-ci Dağlıq küçəsində yolkənarı hasarlar rənglənir, 22-ci Dağlıq və Bələdiyyə küçələrində abadlıq işləri davam edir,Binəqədi-Xocəsən yolundakı körpü Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən təmir edilir, Yəhya Hüseynov küçəsində zədələnmis su borusunun təmirindən sonra yola asfalt vurulur, Qafur Məmmədov küçəsində olan beton yüksəklik ağardılır.

Keçidlər