Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin avqust ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında daxil olmuş vətəndaş müraciətlərinə baxılması, sənədlərlə işin və vətəndaşların qəbulunun təşkili haqqında

17 sentyabr 2018 | 11:00

2018-ci ilin avqust ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə  324  müraciət (2017-ci ilin müvafiq dövrü ilə  müqayisədə 25 vahid və ya 7,7% çox) daxil olmuşdur.

Hesabat dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına daxil olmuş vətəndaş müraciətlərindən  254-ü ərizə (daxil olmuş müraciətlərin 78,4%-i, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 29 vahid və ya 11,4% çox) və 70-i (daxil olmuş müraciətlərin 21,6%-i 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 vahid və ya 5,4% az) şikayət olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, ümumilikdə, 99 (daxil olmuş müraciətlərin 30,5%-i, 2017-ci ilin müvafiq dövrü ilə  müqayisədə 16 vahid az, o cümlədən, nəzarət qaydasında 3 (daxil olmuş müraciətlərin 3%-i, 2017-ci ilin müvafiq dövrü ilə  müqayisədə 2 vahid çox), Milli Məclisdən 2 (daxil olmuş müraciətlərin 0,6%-i, 2017-ci ilin müvafiq dövrü ilə  eyni sayda), Nazirlər Kabinetindən 9 (daxil olmuş müraciətlərin 2,8%-i, 2017-ci ilin müvafiq dövrü ilə  eyni sayda) və digər qurumlardan 36 (daxil olmuş müraciətlərin 11%-i, 2017-ci ilin müvafiq dövrü ilə  müqayisədə 2 vahid az)  müraciət daxil olmuşdur.  Daxil olmuş müraciətlər əsasən şəhərsalma və tikinti məsələləri, mənzillə və ya torpaq sahəsi ilə təmin edilmə, maddi yardım göstərilməsi, işlə təmin olunma, su-kanalizasiya, qaz, enerji və istilik v.s. məsələlərlə əlaqədar olmuşdur. Bütün müraciətlərə qanunvericikdə müəyyən edilmiş müddətdə baxılaraq, qaldırılan problemlərin həlli istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülmüş, bir sıra hallarda məslələrin həllinə yerində köməklik göstərilmiş, zərurət olduqda, müraciətlər tabeli və aidiyyatı qurumlara yönləndirilmiş, eyni zamanda, müraciətlər əsassız olduqda, bununla bağlı vətəndaşlara müvafiq izahatlar verilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 427 vətəndaş qəbul edilmişdir. O cümlədən, RİH başçısı tərəfindən 59 vətəndaş qəbul edilmişdir.

Keçidlər