Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirildi

22 iyun 2018 | 11:00

22 iyun tarixində Binəqədi Rayon İcra Hakimiyyətində 23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın dövlət qulluqçuları, RİH başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, Rayon MKTB-nin rəisi və rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri və onların dövlət qulluqçuları iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov rayon rəhbərliyi adından dövlət qulluqçularını təbrik etmiş və Dövlət qulluqçularının peşə bayramı gününün yaranması tarixi barədə danışmışdır. Daha sonra mövzu ətrafında çıxış edən RİH başçısının müavini Aygün Əliyeva dövlət qulluqçularının peşəkarlığının artırılması, qarşıda duran vəzifələr barədə danışmışdır. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmrinə əsasən bir qrup dövlət qulluqçuları təltif edilmişdir. Bundan başqa həmçinin Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Binəqədi filialının sədri İlham Qayıbzadə Birlik rəhbərliyinin təbriklərini çatdırmış və Birliyin “Vətənpərvərlik işində xidmətlərinə görə” medallarını bir qrup dövlət qulluqçularına təqdim etmişdir.
Sonda RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və gənc dövlət qulluqçusu Bilal Səlimli çıxış edərək dövlət qulluqçularını təbrik etmişlər.

Keçidlər