Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.

21 iyun 2018 | 11:00

Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Binəqədi rayonunda təxirə salınmaz tədbirlər həyata keçirilir. Belə ki, rayonumuzun ərazisində Tədbirlər Planına əsasən abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.
Biləcəri qəsəbəsi, məhəllə 5057/68 4 ünvanında yaşayış binasının girişləri dezinfeksiya olunur, eləcə də yaşayış binalarının girişləri təmizlənir, 9-cu mikrorayon A.Məmmədov 119 ünvanında istirahət parkında sıradan çıxmış məhəccərlər təmir edilir, M.Cəlal küçəsi 23 saylı yaşayış binasının 1-ci girişinin lift masın söbəsinin dam hissəsinə tol örtüyü çəkilir, Naxcivani 5 ünvanında əlil sakinin istəyi ilə binanın 7-ci mərtəbəsində liftə qədər olan hissədə və binanın girişində pandus qurasdırılır, eyni zamanda Binəqədi ərazisindəki yaşıllıqlar suvarılır.

Keçidlər