Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının yerlərdə keçirdiyi səyyar görüş və qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrasına nəzarətin gücləndirilməsi məqsədi ilə tədbir keçirildi

21 aprel 2018 | 11:00

2018-ci ilin aprel ayının 21-də Binəqədi rayon İcra Hakimiyyətinin akt zalında, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə RİH başçısının yerlərdə keçirdiyi səyyar görüş və qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrasına nəzarətin gücləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, Aparatın şöbə müdirləri və məsul əməkdaşları, RİH başçısının İnzibati və sahə İƏD üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Kommunal xidmət sahələrinin rəhbərləri, Mənzil  Kommunal Təsərrüfatı Birliyinin və Mənzil  Kommunal İstismar Sahələrinin rəisləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan RİH başçısı X.İsgəndərov onun yerlərdə keçirdiyi səyyar görüş və qəbulları hər ay təsdiq olunmuş qrafikə müvafiq keçirildiyini və bu görüşlərdə rayonun Hüquq mühafizə orqanlarının rəhbərlərinin, rayonda fəaliyyət göstərən dövlət idarələrinin və kommunal xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyini bildirdi. Bu görüşlərdə verilən tapşırıqların RİH başçısı tərəfindən müəyyən edilən vaxt ərzində həllinə xüsusi diqqətin ayrıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
RİH başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun  müdiri Nicat Allahverdiyev səyyar qəbul və görüşlərin yeni forması haqqında tədbir iştirakçılarına məlumat verdi. Səyyar görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin icrasının Prezident Administrasiyası tərəfindən ciddi nəzarətə götürüldüyünü vurğulayaraq müraciətlərə baxılmasının bütün gedişi barədə hazırlanmış təqdimatı müşavirə iştirakçılarının diqqətinə çatdırdı.
Sonra  RİH başçısı aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov məlumat verdi. R.Göyüşov  RİH başçısının keçirdiyi səyyar görüşlər və qəbulların qrafiklərinin tərtibi, onun keçirilməsi və vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı, icrası və icrası barədə hesabatların tərtibi haqqında məlumat verdi. O bildirdi ki, şöbə tərəfindən həmin görüş və qəbullarda qaldırılan məsələlər protokollaşdırılaraq icra üçün aidiyyəti qurumlara göndərilir və icrası nəzarətdə saxlanılır. Daha sonra 2018-ci ilin birinci rübü ərzində keçirilən görüşlər, qəbullar və bu görüşlərdə qaldırılan məsələlər və onların icrası barədə məlumat verdi. 
RİH başçısı X.İsgəndərov iclasa yekun vuraraq görüş və qəbullarda qaldırılan məsələlərin icrasının daimi nəzarətdə saxlanmasını və görülən işlər barəsində məlumatların mütamadi olaraq aidiyyəti məsul şəxslərə çatdırılması  və görülmüş işlərin yekunu barəsində hər ayın sonunda hesabat hazırlanması haqqında tapşırıq verdi.

Keçidlər