Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi məktəbliləri “Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkək” adlı ağacəkmə kampaniyasında iştirak edib

04 aprel 2018 | 11:00

4 aprel 2018-ci il tarixində Təhsil və Müdafiə Nazirlikləri 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun qazandığı tarixi qələbəyə həsr olunmuş “Aprel zəfərindən ötən hər gün üçün bir ağac əkək” devizi altında Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə ağacəkmə kampaniyası keçirib.
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, “Azərbaycan Bayrağı” ordeni  ilə təltif edilmiş şəhid Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə, Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam İmanova, aprel döyüşlərinin iştirakçısı, “Şücaətə görə” medalı ilə təltif edilmiş Azər Məmmədov, “Şahin” hərbi-idman oyunlarının komandaları, tələbə-könüllülər və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Sonra hərbi hissənin klubunda əsgərlərlə görüş keçirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar hərbi hissədə yaradılan şəraitlə tanış olublar. Sonra hərbi hissənin ərazisində ayrılmış xüsusi məkanda Təhsil və Müdafiə Nazirliklərinin birgə təşəbbüsü ilə aprel zəfərindən ötən hər gün üçün 730 ağac əkilib.
Qeyd edək ki, ağacəkmə kampaniyasında Binəqədi rayonu 100 №-li tam orta məktəbin “Şahin” hərbi-idman oyununun komandası və hərbi hazırlıq müəllimi Cəlal Cəlilov iştirak etmişdir.

Keçidlər